Azərbaycan klubu bu gün 18,6 milyon avro qazana bilər

Azərbaycan klubu bu gün 18,6 milyon avro qazana bilər
  • İDMAN

"Sabah” bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda "Hapoel Beer-Sheva”nı qəbul edəcək. İlk görüşdə 1:2 hesabı ilə məğlub olan Bakı təmsilçisi Bakıda bu nəticəni dəyişərək tarixində ilk dəfə Çempionlar Liqasının əsas mərhələsinə yüksəlməyə çalışacaq.

Aktual.az xatırladır ki, "Sabah” Hapoeli keçəcəyi halda, Çempionlar Liqasının əsas mərhələsinə görə €18,62 milyon iştirak ödənişi qazanacaq. Bundan sonra hər qələbə kluba €2,1 milyon, hər heç-heçə isə €700 min gətirəcək. Reytinq və digər UEFA ödənişləri də yekun məbləği artıracaq.

Bakı klubu pley-offda uduzarsa, €4,29 milyon pley-off ödənişi alacaq və Avropa Liqasının əsas mərhələsinə düşəcək. Burada iştirak üçün daha €4,31 milyon ödənilir. Beləliklə, bu ssenaridə "Sabah”ın yalnız sabit UEFA gəliri €8,6 milyon olacaq.

Avropa Liqasında hər qələbə €450 min, heç-heçə isə €150 min qazandırır. Turnirdə irəliləyiş də əlavə gəlir deməkdir.

Beləliklə, "Sabah” üçün bu günkü qarşılaşma həm tarixi nəticə, həm də ən azı €18,62 milyonluq Çempionlar Liqası gəliri ilə €8,6 milyonluq Avropa Liqası ssenarisi arasında seçim deməkdir. UEFA bu rəqəmlərin 2026/27 mövsümü üçün proqnoz xarakterli olduğunu və yekun ödənişlərin cüzi dəyişə biləcəyini bildirir. (modern.az)


Xəbər 40 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR