Azərbaycan ən həssas internetə malik ölkələr sırasında

Azərbaycan ən həssas internetə malik ölkələr sırasında

Azərbaycan interneti ən zəif müdafiə olunan şəbəkələr sırasına düşüb.

Aktual.az anspress-ə istinadən bildirir ki, bu qənaətə DDos-hücumların analizi üzrə ixtisaslaşan "Qrator Labs" mütəxəssisləri gəliblər.

Şirkətin internetin milli seqmentlərinin təhlükəyə davamlılığı üzrə apardığı araşdırmanın nəticəsinə görə, Böyük Britaniya DDoS hücumlarda müdafiə səviyyəsinə görə dünyada birincidir, ikinci ABŞ, üçüncü isə Rusiyadır.

"Qrator Labs" şirkəti bu müdafiənin nə ilə xarakterizə olunduğunu da izah edib. Şirkətin məlumatına görə, əgər Britaniyanın ən iri internet-provayderi olan Virgim Media şirkətinin işində nasazlıq baş versə, yalnız 3,4% yerli istifadəçilər dünya ilə əlaqəni itirə bilərlər. ABŞ-da iri TATA operatoru ilə baş verən analoji hadisə zamanı problem yalnız 5% yerli şəbəkələrdə yarana bilər. Rusiyanın "Rostelekomunda" oxşar nasazlıq 5,5% yerli şəbəkəni sıradan çıxaracaq.

Reytinqin son pillələrində qərarlaşan ölkələrin əsas internet-provayderlərində yaranan problem Özbəkistanda 97,32%, Suriyada 94,7%, Türkmənistanda 90,4%, Belarusda 86,4%, Azərbaycanda isə 72% istifadəçini dünyadan təcrid edəcək.

Ötən ilin noyabrında Azərbaycanın ən iri provayderi olan Delta telekomun fəaliyyətində yaranan nasazlıq ölkə əhalisini internetsiz qoymuşdu. O zaman ölkədə təqribən 5-6 saat ərzində internetə girişlə problem yaranmışdı.

Xəbər 388 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR