Azad edilmiş ərazilərə avtobusla gedişin şərtləri

Azad edilmiş ərazilərə avtobusla gedişin şərtləri

"İlkin olaraq təhlükəsizlik tədbirləri görülən ərazilərə səfərlər təşkil olunacaq və bu areal getdikcə daha da genişləndiriləcək”.

Aktual.az xəbər verir ki, bunu Minatəmizləmə Agentliyinin İdarə Heyəti sədrinin müavini Samir Poladov işğaldan azad edilmiş ərazilərə müntəzəm avtobus marşrutlarının açılması ilə bağlı bu gün keçirilən brifinqdə deyib.

O qeyd edib ki, ANAMA-nın əməkdaşları işğaldan azad olunmuş ərazilərə səfər edən şəxslərə təlimatlar verəcəklər. Səfər edən şəxslər təlimatlara ciddi şəkildə əməl etməlidirlər.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov isə bildirib ki, hazırda hər kəs işğaldan azad edilmiş ərazilərə səfər etmək istəyir, amma avtobusların sayı buna imkan vermir:

"Bu səbəbdən də hər bir şəxsin ildə bir dəfə səfər etməsi şərt kimi qoyulub. Prosesin gedişində avtobusların sayı artırıla bilər. Həmçinin tələb irəli sürülüb ki, insanlar gediş-dönüş biletini eyni anda alsınlar. Çünki ərazidə minalanmış yerlər ola bilər və əgər kimsə başqa yerlərə getmək istəsə, bu, fəsadlara gətirə bilər. Bu səbəbdən də belə şərt qoyulub”.
Xəbər 209 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR