Arzu Nağıyev: "Bəzi gizli mərkəzlər dünyada insanların sayını azaltmaq üçün narkomaniyanı yayır"

Arzu Nağıyev:


"Dünyanın heç bir yerində qanunsuz şəkildə kokain, heroin qəbul etməyə icazə yoxdur"

"Növündən asılı olmayaraq narkotik maddədən qanunsuz istifadə qanun pozuntusudur"

"ABŞ dünyaya demokratiya dərsi keçməyə çalışsa da, silah mafiyasının qarşısını ala bilmir"

"Bu gün Azərbaycanda ən çox istifadə olunan narkotik maddələr aptektlərdə var, bu narkotiklər reseptlə satılmalıdır, amma təssüf ki, bəzən belə olmur"


"İndiyə kimi Azərbaycanda narkotik vasitələrdən istifadə böyük cinayətlərə gətirib çıxarmayıb"

"Sərhəd bölgəsi olduğu üçün Azərbaycanda ən çox cənub zonasında narkomaniya geniş yayılıb"

"Din, iman, inanc olan yerdə narkomaniya da azalır"

"İnsanın ağlını ikinci tərəfə yönləndirən hər şey haramdır"

"Ailə quranlardan biri narkomandırsa, heç vaxt inkar etmək olmaz ki, digəri narkoman olmayacaq"

"Hər bir narkoman özünə bir tay axtarır"

"Azərbaycanda Sovetlər dönəmindən sonra sərhədlər açıldı və narkotik maddələr gəlir
mənbəyinə çevrildi deyə istifadəçilər də artdı"

"Hər şey ailədən başlayır, valideyn övlada örnək olmağı bacarmalıdır"

"Bəzi gizli mərkəzlər dünyada insanların sayını azaltmaq üçün narkomaniyanı yayır"

"Qərbdə Azərbaycanı dağılmış ölkə kimi görmək istəyən qüvvələr var ki, onlar narkomaniya vasitəsilə təbliğat aparırlar"

"Narkomaniya elə bir bəladır ki, onun sonu yoxdur"

Xəbər 902 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR