Artur Rasizadəni Eyyubov əvəz etdi

Artur Rasizadəni Eyyubov əvəz etdi

Tacikistanın paytaxtı Düşənbədə MDB-yə üzv ölkələrin hökumət başçılarının iclası keçirilir.

Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, hazırda təktərkibli görüşlər keçirilir və bundan sonra hökumət başçılarına nümayəndə heyətləri qoşulacaq və iclas geniş tərkibdə davam edəcək

MDB başçıları əməkdaşlığın möhkəmləndirilməsi və inkişafı məsələlərini müzakirə edəcəklər. İclas zamanı 40 yaxın sənəd müzakirə olunacaq.

Qeyd edək ki, Azərbaycanı baş nazir Artur Rasizadənin təmsil edəcəyi gözlənilsə də, iclasa baş nazirin birinci müavini Yaqub Eyyubov gedib.

İclasda, həmçinin Rusiyanın və Ermənistanın baş nazirləri Dmitri Medvedyev və Ovik Abramyan təmsil edir.

Xəbər 730 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR