Antonio Konte: İtaliya futbolçuları səviyyəcə üstündülər

Antonio Konte:   İtaliya futbolçuları səviyyəcə üstündülər
  • İDMAN

“Sabah çalışacağıq sensasiya olmasın”.

Bizim üçün çətin oyun olacaq. Xorvatiya və Norveçlə heç-heçə və Malta üzərində qələbədən belə qənaətə gəlmək olar ki, Azərbaycan yığması güclüdü. Yeni baş məşqçi ilə daha da güclənib. Amma bizim hədəfimiz qələbə qazanmaqdı. Ümid edirik ki, sabah final mərhələsi məsələsini yekunlaşdıracağıq.

Aktual.az-ın Apasport.az-a istinadən məlumatına görə, bu sözləri İtaliya yığmasının baş məşqçisi Antonio Konte deyib.

“Bizim oyunçular hər iki taktikada oynaya bilirlər. Bacarıqlı futbolçulardı. Hansı tapşırığı versəm, ona əməl edəcəklər.

Bizim seçdiyimiz futbolçular yığmada oynamağa layiqdilər. Onlardan razıyam. Düzdü, əvvəlcə 3-5-2-dən yararlandıq. Sonra müəyyən dəyişikliklər etdik. İstənilən taktikada oynamağa qadir futbolçulara sahibik.

İndiki hədəfimiz final mərhələsinə vəsiqə qazanmaqdı. Ondan sonrakı hədəf qitə birinciliyində qrupdan çıxmaq olacaq. Federasiya prezidenti də minnətdaram ki, işimizi yüksək qiymətləndirir.
 
İtaliya yığması 48 oyundu uduzmur. Çalışacağıq bu seriyanı davam etdirək. Amma asan olmayacaq. Yeni stadiondu, azarkeşlər çox olacaq və burda ilk milli oyun olacaq. Təbii ki, Azərbaycanla İtaliya yığmalarının futbolçuları eyni səviyyədə deyil. Ancaq biz rəqibə hörmətlə yanaşırıq. Sabah çalışacağıq sensasiya olmasın”, - baş məşqçi bildirib.

Aktual.az

Xəbər 537 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR