Almaniyada Santa-Klaus çatışmazlığı yaranıb

Almaniyada Santa-Klaus çatışmazlığı yaranıb

 Almaniyada Santa-Klaus çatışmazlığıyaranıb.

Bu barədə "Report" "The Times" qəzetinə istinadən xəbər verir.
Qəzetin məlumatına görə, alman uşaqlar yeni il bayramında santa-klausların çatışmazlığı üzündən pərt ola bilər.
Almaniyada ailələr Santa-Klausu evlərə uşaqlara şeir oxumaq, hekayə danışmaq və mahnı ifa etmək üçün dəvət edirlər. Bu məsələdə "sehrbazlar"ı əsasən tələbələr canlandırırlar. Lakin Santa-Klausun qazancının 100 avroya çatmasına baxmayaraq, bu işə marağın azaldığı bildirilir.
Buna səbəb kimi ali təhsil məktəblərində tələbələrin gərgin məşğulluğu və xristian dininə inamın aşağı olması göstərilir.
Hər il 2,5 sifariş qəbul edən Santsa-Klausun Berlin ofisi bildirib ki, onun ştatı 500 əməkdaşdan 200-ədək azalıb.
Santa-Klausların kəskin çatışmazlığı Almaniyanın şərq əyalətlərindədir. Məlumata görə, belə hallar əsasən Saksoniya və Brandenburqda meydana gəlib.
 
Aktual.az
Xəbər 232 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR