Abubakar “Neftçi”ni bu kluba dəyişir

Abubakar “Neftçi”ni bu kluba dəyişir

"Neftçi"nin futbolçusu Vensan Abubakarın yenidən Türkiyə yaşıl meydanlarına qayıtması ehtimalı yaranıb.
Aktual.az Oxu.az-a istinadla xəbər verir ki, paytaxt təmsilçisinin formasını geyinən kamerunlu hücumçunun növbəti dayanacağı Türkiyənin "Bursaspor" klubu ola bilər.
İddialara əsasən, Bursa təmsilçisi 33 yaşlı təcrübəli hücumçunu diqqət mərkəzində saxlayır. Mövsüm bitdikdə "Neftçi" ilə müqavilə müddəti başa çatacaq Abubakarın Türkiyə komandasına azad agent statusu ilə, yəni tam ödənişsiz keçəcəyi ehtimal edilir.
Həmçinin o da vurğulanır ki, Bakı klubunun rəhbərliyi tərəfindən futbolçunun hazırkı müqaviləsində yer alan 1 illik uzatma bəndinin aktivləşdirilməsi və ona yeni rəsmi təklifin irəli sürülməsi gözlənilmir.
Xatırladaq ki, Vensan Abubakar cari mövsüm ərzində "Neftçi"nin heyətində 18 rəsmi qarşılaşmada yaşıl meydana çıxıb, rəqib qapılarından 9 top keçirib və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Xəbər 49 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR