"May ayının 1-dən etibarən rəhbərlik etdiyim Qeyri-Hökümət Təşkilatı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi verdiyi "Bələdiyyələr sahəsində qanunvericilik aktlarının təhlili” layihəsinə başlayıb. Layihəmiz 3 ay ərzində Bakı şəhərində fəaliyyət göstərən bir neçə bələdiyyədə 4 tədbirlərin keçirlməsini və bu sahədə kifayət qədər tanınmış millət vəkilləri ilə, mütəxəssislərlə, ekspertlərlə internet televiziya məkanında müzakirələr aparılacaq, maarıfləndirci 5 verliş hazırlayıb ölkə mediasında, sosial şəbəkə platformasında yayacağıq”.
Bu açıqlamanı ölkə mətbuatına ƏHD Partiyasının Baş katibi, QHT sədri, politoloq Niyaməddin Orduxanlı bildirib.
Onun sözlərinə görə, layihənin əsas məqsədi Azərbaycanda yerli özünüidarəetmə orqanları olan, bələdiyyələrdə verilmiş qərarların, aktların qanunvericiliyə uyğun əsasını təşkil etmək və maarifləndirici işini təşkil etmək, bələdiyyələrin idarəcilik sistemini mümkün qədər təkmilləşdirmək, fəaliyyətini genişləndirmək və səlahiyyətlərini artırmaqdır:
"Mən 20 ildən artıqdır ki, Vətəndaş Cəmiyyəti İnstitununa rəhbərlik edirəm. Bizim təşkilatın əsas prinsipi ölkəmizdə bələdiyyə institunun inkişafına yönəlib. Bu günə qədər xeyli sayda və və ya digər istiqamətdə uğurlu layihələr həyata keçirmişik. Bu dəfəki layihəmizi də çox yüksək səviyyədə həyata keçirdəcəyik. İlk olaraq bu şəraiti bizim təşkilata yaratdığı üçün təşkilatımız adından QHT-lərə Dövlət Dəstəyi Agentliyinin rəhbərliyinə üzvlərinə və əməyi olan hər kəsə dərin təşəkkürümüzü bildiririk. Dövlət Dəstəyi Agentliyi bu il də Azərbaycanın ən vacib və proriteti istiqamətləri ilə bağlı mühüm layihələrin həyata keçirilməsinə dəstək olubdur. İstər dövlət və milli maraqlatımızın müdafiəsi olsun, istərsə də sosial istiqamətdə yazılan layihələrin dəstəklənməsi, işğaldan azad olunmuş Qarabağda, həmçinin qədim torpağımız olan Qərbi Azərbaycanla bağlı və digər sahələrdə önəmli lahiyələrə dəstək verilib.”
QHT sədri Niyaməddin Orduxanlının bildirdiyinə görə, Azərbaycanda bələdiyyələrin yaranmasının 26 illik tarixi var:
"İlk dəfə bələdiyyə seçkiləri 1999-cu ildə keçirilib. Həmin ildə 2700 bələdiyyə subyektləri olmasına baxmayaraq, artıq bələdiyyələr birləşərək sayı 685 endirilib. Bu gün bələdiyyələrə 8071 bələdiyyə üzv seçilir. Vaxtı ilə bu rəqəm 21 000 artıq idi. Bizim təşkilatın nizamnəməsinin əsas istiqamətlərindən biri də bələdiyyə institutunun Azərbaycanda inkişafına yarxında töhvə verməkdir. Bu ilki layihəmiz də Bakı şəhərində fəaliyyət göstərən bır sıra bələdiyyələrdə görüşlər keçirmək və layihəmizdə nəzərdə tutulan icra planını həyata keçirmək olacaq".
Orduxanlının sözlərinə görə, layihə 3 ay ərzində fəaliyyət göstərəcək:
"Layihəmizdə ən azı 100-dən artıq şəxsin iştirakı gözlənilir. Tədbirlər və görüşlər əsasən bələdiyyələrin inzibati binasında bələdiyyə rəhbərləri ilə yanaşı, bələdiyyə üzvlərinin, bələdiyyə quluqçuların və bələdiyyə ərazisində yaşayan vətəndaşların birgə iştirakı ilə keçiriləcək. Əsasən Bakı şəhərinin ərazisində fəaliyyət göstərən bələdiyyələrdə görüşlərin keçirilməsini planlaşdırırıq. Bildiyiniz kimi bir neçə ay bundan öncə 6-cı bələdiyyə seçkiləri keçirilib. Yeni bələdiyyə sədrlərin və yeni üzvlərin təmsilçiliyi baş tutub. Bizim layihəmizdə həmçinin bələdiyyə ilə vətəndaş arasınrda sıx münasibətlərin qurulması istiqamətində maarifləndirmə işini təşkil etmək olacaq. Həmçinin də tanınmış ekspertlərlə, millət vəkilləri ilə bu isitqamətdə internet televiziyasında müzakirələr aparmaq olacaq. Bilirsiniz ki, bütün qanublar qanunverici orqan olan Milli Məclisdə qəbul olunur. Layihə dövründə ilk olaraq bələdiyyə rəhbərliyi ilə görüşlər keçirdib, qanunverickdə vacib olan məqamları millət vəkillərinin diqqətinə çatdırmaq olacaq. Biz Vətəndaş Cəmiyyətinin nümayəndəsi kimi çox arzusundayıq ki, Azərbaycanda bələdiyyələr daha geniş səlahiyyətə sahib olsun. İnkişaf etmiş Avropa ölkələrində olduğu kimi. O cümlədən qardaş Türkiyədə fəaliyyət gösətərən bələdiyyələr geniş səaliyyətə, imkana malikdir. Faktiki Azərbaycanda bələdiyyələrin geniş səlahiyyət imkanları yoxdur. Ümid edirik ki, növbəti illərdə bu istiqamətdə önəmli qərarlar qəbul olunacaq. Sonda onu da bildirim ki, təşkilatımızın keçirdiyi layihə haqqında 3 ay müddətində intensiv olaraq yerli mətbuatda, sosial şəbəklərdə və internet televizyalarda məlumatlar yayılacaq".
Xəbər 50 dəfə oxunub.