Prezident sərəncam imzaladı

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 10 mart tarixli 2715 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Ezamiyyə xərclərinin 1 günlük normalarına əlavələr və həmin əlavələrin tətbiq olunduğu rəhbər işçilərin siyahısı”nda dəyişikliklər edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, "Ezamiyyə xərclərinin 1 günlük normalarına əlavələr və həmin əlavələrin tətbiq olunduğu rəhbər işçilərin siyahısı”nda aşağıdakı dəyişikliklər edilir:
- 2-ci hissədə "Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin müavini,” sözləri "Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyinin rəisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin müavini, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyi rəisinin müavini,” sözləri ilə əvəz edilsin, "Azərbaycan Respublikası Prezidentinin köməkçisi,” sözlərindən sonra "Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi,” sözləri əlavə edilsin.
 
Aktual.az
Xəbər 416 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR