Bakının 9 rayonunda əhalinin təbii artımı, 4 rayonunda isə doğum sayında azalma qeydə alınıb.
Bu barədə Dövlət Statistika Komitəsindən Aktual.az-a verilən məlumatda bildirilib.
Məlumata görə, ən yüksək təbii artım Qaradağ rayonunda (250 nəfər) olub.
Sonrakı yerlərdə Xətai (168 nəfər), Suraxanı (116 nəfər), Xəzər (58 nəfər) və Binəqədi (42 nəfər) rayonları qərarlaşıb.
Təbii artımda azalma isə 4 rayonda qeydə alınıb. Ən böyük azalma Sabunçu rayonunda (-52) olub. Bu göstərici Nərimanov rayonunda 18 nəfər, Nizami rayonunda 4 nəfər, Pirallahı rayonunda isə 1 nəfər təşkil edib.
Xəbər 34 dəfə oxunub.