Deməli belə. Tural Sadıqlı adında vətən xaini, siyasi bomj, sərsəm, anti - milli ünsür, yeni aldığı avtomobili ilə bağlı paylaşım edib və sonrakı videosunda da buyurub ki, öncəki paylaşımın altındakı şərhləri, həmin şərhlərdəki eyhamları, "səndə bu qədər pul haradandır? - xatırlatmalarını qətiyyən bəyənmir.
Hələ axırda "qırmızı - qırmızı” bunu da deyib: "Mən o avtomobili halal qazancımla almışam...”
Ay bədbəxt! Ay vicdansız! Ay ucuz, düşük və kustar məxluq!
Əvvəla, ondan başlayaq ki, sən özün məlum mövzunu qabartmasaydın, reklam etməsəydin, yeni avtomobil aldığını kimsə bilməyəcəkdi. Yəni, avtomobil söhbəti birbaşa şəxsi təşəbbüsün olub və bununla da guya öz aləmində lovğalanmaq istəmisən.
İkincisi...Sən və halal pul?! Ciddisən, Tural?
Elə bil bu anlayışlar bir - biri ilə tam ziddiyyət təşkil etdi axı...
Və ya: Vətən, vicdan, namus, kişilik satmaq müqabilində qazanılan pul nə vaxtdan halal pul olub? Xaricdəki xüsusi xidmət orqanlarının, bəlli çevrələrin, öz içimizdəki bəzi yaramazların məlum tapşırıqlar və təlimatlar qarşılığında sənə ötürdüyü pul nə vaxtdan halal pul olub? Kimisə məqsədli şəkildə ləkələməyə, şərləməyə görə qazanılan pul nə vaxtdan halal pul olub? Ən nəhayət: "Tula payı” nə vaxtdan halal pul olub?!
Bəs deyirdin, verilişimi davam elətdirməyə, studiya xərclərini ödəməyə imkanım yoxdur?
O zaman hardan çıxdı ortalığa, bu yeni vəsaitlər?!
Özünə yeni sponsormu tapdın, yoxsa halal "ər”mi?!
Elşən Musayev, Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri.
Xəbər 65 dəfə oxunub.