SSRİ dağılanda Polşa və Ukrayna iqtisadiyyatlarının həcmi təxminən eyni idi.
Aktual.az xəbər verir ki, bunu ABŞ-ın maliyyə naziri Skott Bessent deyib.
"Hazırda isə Polşa iqtisadiyyatı Ukrayna iqtisadiyyatından üç dəfə böyükdür. Ukraynalılar iqtisadiyyatlarını düzgün idarə edə bilsələr, bu, ruslar üçün ciddi maneəyə çevrilə bilər”, - o bildirib.
Bessent Rusiyanın Ukraynaya qarşı həyata keçirdiyi siyasətin onun indiyədək gördüyü ən pis hadisələrdən biri olduğunu vurğulayıb.
Qeyd edək ki, Dünya Bankının hesablamalarına görə, 1991-ci ildə Ukraynanın nominal ÜDM-i 77,4 milyard dollar, Polşanın isə 85,5 milyard dollar təşkil edib.
Xəbər 31 dəfə oxunub.