Ramil Usubovdan yeni rəis - Təyinatı

Ramil Usubovdan yeni rəis   - Təyinatı

Daxili işlər orqanlarında yeni təyinat olub.

Aktual.az Apa-ya istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən Qusar rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini Məhəmməd İbrahimov tutduğu vəzifədən azad edilərək Ağcabədi rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən yeni təyinat xəbərini təsdiqləyiblər.

Xatırladaq ki, M. İbrahimov bir neçə il əvvəl Qusarda vəhhabilərə qarşı keçirilən xüsusi əməliyyatda yaralanıb.

Qeyd edək ki, Ağcabədinin bundan əvvəlki rəisi Şamil Seyidli ötən bir müddət əvvəl tutduğu vəzifədən azad edilib.

Xəbər 512 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR