MTN-də daha bir general işdən çıxarıldı

MTN-də daha bir general işdən çıxarıldı

Milli Təhlükəsizlik Nazirliyində sabiq nazir Eldar Mahmudov və onun bir sıra "silahdaş"larının vəzifələrindən kənarlaşdırılması ilə başlamış islahatlar davam edir.

Aktual.az Milli.Az-a istinadən xəbər verir ki, məlumata görə, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Hərbi Əks-kəşfiyyat Baş İdarəsinin rəisi, general-mayor Nizami Talış oğlu Şirinov işdən azad edilib və sərəncama götürülüb.

Nizami Şirinov sabiq nazir Eldar Mahmudovun ən "etibarlı" kadrlarından biri sayılırdı və o, məhz E.Mahmudovun təqdimatı ilə 2007-ci ilin martın 27-də vəzifəyə təyin olunmuşdu.

Yeni vəzifəsində ilk iş günündə o, MTN-nin 69 nəfər təcrübəli əməkdaşını vəzifələrindən kənarlaşdırmışdı.
N.Şirinovun vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyi vurğulanır.

Xəbər 435 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR