Qiymətli metallar və qiymətli daşlar sahəsində zərgərlik məmulatlarının damğalanması ilə bağlı yeni dövlət standartı hazırlanır.
Aktual.az xəbər verir ki, bu məsələ Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) yanında "Qiymətli metallar və qiymətli daşlar” üzrə Texniki Komitənin növbəti iclasında müzakirə olunub.
İclasda "Qiymətli metallardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının dövlət əyar damğası ilə damğalanması” dövlət standartının layihəsinə baxılıb.
Yeni standart qiymətli metallardan hazırlanan məhsulların əyarının müəyyən edilməsi, markalanması və bu sahədə vahid tələblərin tətbiqini nəzərdə tutur.
Həmçinin gümüş, platin və mirvarilərlə bağlı yeni standart layihələrinin hazırlanması və beynəlxalq standartların tətbiqi məsələləri müzakirə edilib.
Xəbər 35 dəfə oxunub.