Qazaxıstan neft kəmərlərinin çəkilməsi planlaşdırılan Xəzər dənizinin ərazisində sualtı axtarış və partlayış işləri aparacaq.
Aktual.az xəbər verir ki, bu barədə "Sputnik Qazaxıstan” məlumat yayıb.
Bildirilib ki, Qazaxıstan Müdafiə Nazirliyinin mütəxəssisləri "Kalamkas-More” və "Xazar” yataqlarına boru xətlərinin çəkilməsi nəzərdə tutulan ərazidə sualtı axtarış və partlayış işləri həyata keçirəcəklər.
İşlərin əsas məqsədi dənizin dibində boru kəmərlərinin çəkilişinə mane ola biləcək təhlükəli və partlayıcı obyektlərin aşkarlanaraq zərərsizləşdirilməsidir.
Bu tədbirlərdən sonra həmin ərazidə neft kəmərlərinin təhlükəsiz şəkildə çəkilməsi planlaşdırılır.
Xəbər 31 dəfə oxunub.