Bu il Azərbaycanda neçə maşın istehsal olunub?

Bu il Azərbaycanda neçə maşın istehsal olunub?

2026-cı ilin yanvar–avqust aylarında Azərbaycanda 1 929 minik avtomobili istehsal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16,5 faiz azdır.

Aktual.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.

Hesabat dövründə 224 avtobus istehsal olunub ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 44,5 faiz çoxdur.

Eyni zamanda, 597 yük avtomobili istehsal edilib və onların istehsalı 2,7 dəfə artıb.
Xəbər 44 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR