Ukrayna səssiz dayanıb ölməyəcək. Kiyev Rusiya müharibədən əl çəkənə qədər ona cavab hücumları həyata keçirəcək.
Aktual.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
"Bir neçə illik müharibə dövründə Ukrayna Rusiyanın hücumlarına cavab vermək üçün müxtəlif raketlər və dronlar hazırlayıb. Hələlik ballistik raketlərimiz yoxdur, amma çox yaxınıq”, - Zelenski bildirib.
Ukrayna prezidentinin sözlərinə görə, Putin yeni sülh danışıqlarından imtina etməklə münaqişənin əlverişli nəticəsi üçün danışıqlar aparmaq şansını itirib.
Xəbər 79 dəfə oxunub.