Ermənilər Bəstiçaya civə töküb?

Ermənilər Bəstiçaya civə töküb?

Ermənistanın Sünik (Qərbi Zəngəzur) vilayətində yerləşən qədim Azərbaycan kəndi Tsavda içməli su ilə bağlı təhlükəli vəziyyət yaranıb.

Aktual.az xəbər verir ki, Ermənistan Səhiyyə Nazirliyinin məlumatına görə, kənddəki su nümunələrində civənin yol verilən maksimum həddən artıq olduğu müəyyən edilib. İlkin araşdırmadan sonra mütəxəssislər suyun vəziyyətini yenidən yoxlamaq üçün kəndin dörd müxtəlif nöqtəsindən nümunələr götürüblər. Nümunələr arasında su təchizatı mənbəyindən və sakinlərin evlərindəki kranlardan götürülən su da olub.

Sentyabrın 11-də əldə edilən nəticələr suda normadan kənarlaşmanı təsdiqləyib.

Bununla əlaqədar Tsav sakinlərinə suyun keyfiyyəti bərpa olunana qədər ondan içmək və məişət ehtiyacları üçün istifadə etməmək tövsiyə edilib. Hakimiyyət orqanları kəndin təhlükəsiz su ilə təmin olunmasını təşkil edir və suyun çirklənməsinə səbəb olan amilləri müəyyənləşdirməyə çalışırlar.

Qeyd edək ki, Azərbaycanla sərhəddə yerlşən Tsav kəndi Qafan icmasına aiddir. Kəndin yaxınlığından Azərbaycana axan Bəstiçay keçir.
Xəbər 45 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR