Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycana səfər edəcək.
Aktual.az xəbər verir ki, bu barədə "Axşam” qəzeti məlumat yayıb.
Türkiyənin XİN başçısının səfəri sentyabrın 15-16-na nəzərdə tutulub.
Azərbaycana səfəri çərçivəsində xarici işlər naziri Ceyhun Bayramovla ikitərəfli və nümayəndə heyətləri arasında görüşlər keçirəcək.
O həmçinin Azərbaycanın müdafiə naziri Zakir Həsənovla görüşəcək.
Xəbər 41 dəfə oxunub.