Özbəkistan sərhədçiləri Qırğızıstan vətəndaşını güllələyiblər

Özbəkistan sərhədçiləri Qırğızıstan vətəndaşını güllələyiblər

Özbəkistan sərhədçiləri öz ölkəsinin ərazisində olan Qırğızıstan vətəndaşına atəş açıblar, nəticədə kişi ölüb.

Aktual.az report-a istinadən xəbər verir ki, bu barədə Qırğızıstan Dövlət Sərhəd Xidmətinin mətbuat xidməti xəbər yayıb.
Məlumata görə, aprelin 7-də Qırğızıstanın Cəlalabad vilayətinin Aksıkay rayonunun Mamay adlı ərazisində Özbəkistan hərbçiləri Qırğızıstan vətəndaşı - Kuruluş kəndinin sakini, 1984-ci il təvəllüdlü F.M.-ə qarşı silah tətbiq ediblər. Qırğızıstan ərazisində olan F.M. xəstəxanada vəfat edib.

Bildirilib ki, faktla bağlı araşdırma aparılır. Hazırda hdisənin səbəblərini araşdırmaq üçün hər iki tərəfin iştirakı ilə görüş keçirilir.
 
Aktual.az
Xəbər 562 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR