Özbəkistan Prezidenti azərbaycanlı elm və mədəniyyət xadimlərini mükafatlandırdı (SİYAHI)

Özbəkistan Prezidenti azərbaycanlı elm və mədəniyyət xadimlərini mükafatlandırdı (SİYAHI)

Özbəkistanda azərbaycanlı elm və mədəniyyət xadimləri mükafatlandırılıb.

Özbəkistanın Azərbaycandakı səfirliyi xəbər verir ki, bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən, Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının vokalisti Gülyanaq Məmmədovaya "Özbəkistan Respublikasının Xalq artisti” adı verilib.

Bundan başqa, Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktor müavini, akademik Şahin Mustafayev, Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının müdiri, professor Ramiz Əskərov, Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələr şöbəsinin müdiri Almas Binnətova "Dostluq” ordeni ilə təltif ediliblər.
Xəbər 1059 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR