Zaur həmkarı Vüsaləyə səsləndi: “İşinin başına dönməlisən” - FOTO

Zaur həmkarı Vüsaləyə səsləndi: “İşinin başına dönməlisən” - FOTO

"Əziz insan, dərd kimdir ki, batmanla gələr misqalla çıxar. Dərdin sənindir. Təsəllimiz heç nəyi azaltmaz. Nə çəkdiyini sən yaxşı bilərsən. Sən bir nəslin çörək ağacısan. İndi isə üzərində daha böyük məsuliyyət var".

Aktual.az xəbər verir ki, bu sözləri aparıcı Zaur Baxşəliyev şəxsi instaqram hesabında paylaşıb. O, bu fikirləri ilə  bir müddət əvvəl vəfat edən qardaşına görə efirlərdə olmayan həmkarı Vüsalə Əlizadəyə səslənib. Zaur tamaşaçıların Vüsaləni yenidən ekranlarda görmək istədiyini bildirib:

"Sən işinin başına dönməlisən. Minlərlə tamaşaçı səni gözləyir. Qayıt aramıza gəl və davam et. Allah qardaşımıza rəhmət etsin. Onun da ruhu şad olar. Çünki o səni həmişə səhnədə görmək istəyirdi. İnşallah efirinə davam…”

Qeyd edək ki, aparıcının qardaşı Əlihüseyn Əlizadə bir müddət əvvəl ağır yol qəzasında həlak olub. 
Xəbər 771 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR