Yerevanda yolların bir hissəsi bağlandı, daha 16 etirazçı tutuldu

Yerevanda yolların bir hissəsi bağlandı, daha 16 etirazçı tutuldu

Ermənistan polisi aprelin 20-də səhər saatlarında paytaxt Yerevanda etiraz aksiyasında iştirak edən daha 16 müxalifətçini saxlayıb.

Aktual.az report-a istinadən xəbər verir ki, bunu Ermənistan Polisinin İnformasiya və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi polkovnik Aşot Aqaronyan bildirib.
Aprelin 20-də səhər saatlarında müxalif lider Nikol Paşinyan tərəfdarlarını yük avtomobilləri ilə yolları bağlamağa və Yerevanda hərəkəti iflic etməyə çağırıb. Polis yolları bağlayan maşınları götürməyə cəhd göstərir.Bildirilib ki, aprelin 19-da mitinqdə 3 min nəfər işrtirak edib. Ötən bir gündə 123 müxalifətçi tutulub.
Xatırladaq ki, aprelin 13-dən Yerevanda Serj Sarqsyanın Ermənistanın baş naziri olmasına qarşı etiraz aksiyası keçirilir. Buna baxmayaraq, aprelin 17-də ölkə parlamentində onun namizədliyi səsverməyə çıxarılıb. Deputatların 77-si S.Sarqsyanın lehinə, 17-si isə əleyhinə səs verib.  
 
Aktual.az
Xəbər 446 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR