Yeni Klinikada onlayn növbə ödənişlidir?

Yeni Klinikada onlayn növbə ödənişlidir?

Yeni Klinikaya həkim qəbuluna onlayn növbə götürmək ödənişlidir.

Aktual.az Qaynarinfo.az-a istinadla xəbər verir ki, xəstəxanaya onlayn sistemdə qeydiyyatdan keçərək həkim qəbuluna yazılmaq istəyən şəxslərdən 5,90 manat tələb olunur.

Belə ki, vətəndaş sistemə daxil olaraq qeydiyyata başladıqdan sonra növbəti mərhələdə ödəniş səhifəsinə yönləndirilir. Qeydiyyatı tamamlamaq üçün 5,90 manat ödəmək lazımdır.

Yeni Klinika icbari tibbi sığorta çərçivəsində xidmət göstərən tibb müəssisələrindən biridir. Xəstəxanada bir sıra tibbi xidmətlər İcbari Tibbi Sığortanın Xidmətlər Zərfinə daxildir.

Bu baxımdan, sığorta ilə göstərilən tibbi xidmətlərdən yararlanmaq üçün onlayn növbəyə yazılarkən hansı xidmətə görə 5,90 manat ödəniş alınması sual doğurur.

Qeyd edək ki, araşdırma zamanı məlum olub ki, Yeni Klinikadan başqa, Nizami Tibb Mərkəzi, Xətai Tibb Mərkəzi, Neftçilər Xəstəxanası, Respublika Endokrinoloji Mərkəzə də https://onlinenovbe.az/ vasitəsi ilə onlayn növbə götürmək ödənişlidir.

***

Yeni Klinikada onlayn növbənin ödənişli olması ilə bağlı iddialara aydınlıq gətirilib.

Fərdi sahibkar, OnlineNovbe.az-ın rəhbəri Azər Gülməmmədov bildirib ki, bu məlumat doğru deyil:

"Yeni Klinika və digər müvafiq dövlət tibb müəssisələrində rəsmi onlayn növbə myGov vasitəsilə ödənişsiz əldə edilir. OnlineNovbe.az dövlət qurumuna, TƏBİB-ə, myGov-a və ya xəbərdə adı çəkilən tibb müəssisələrinə məxsus deyil və onların rəsmi onlayn növbə platforması deyil. OnlineNovbe.az fərdi sahibkar tərəfimdən vergi uçotunda kommersiya fəaliyyəti çərçivəsində təqdim edilən müstəqil xidmət platformasıdır. Saytda ödənilən 5,90 AZN dövlət tibb müəssisəsinin, həkim qəbulunun, icbari tibbi sığorta xidmətinin və ya myGov üzərindən rəsmi növbənin ödənişi deyil. Məbləğ OnlineNovbe.az tərəfindən istifadəçiyə göstərilən ayrıca xidmətə görə alınır. Əlavə məlumat və fəaliyyətimizlə bağlı müvafiq məlumatları təqdim etməyə hazırıq".

Xəbər 44 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR