Dövlət İmtahan Mərkəzi (DİM) ölkədaxili sərnişin və yük daşımaları, həmçinin beynəlxalq yük daşımaları həyata keçirən sürücülər üçün test imtahanı təşkil edib.
Aktual.az-a DİM-dən bildirilib ki imtahan sentyabrın 29-da DİM-in elektron imtahanlar korpusunda təşkil olunub.
İmtahan vermək üçün ümumilikdə 587 namizəd qeydiyyatdan keçib.
Onlardan 544 nəfər imtahanda iştirak edib.
İmtahan nəticələrinə əsasən, 353 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.
Onlardan 53 nəfər beynəlxalq yük daşımaları (BYD), 91 nəfər ölkədaxili sərnişin daşımaları (ÖSD), 209 nəfər isə ölkədaxili yük daşımaları (ÖYD) üzrə müvafiq nəticə göstərib.
İştirakçılar imtahanı başa çatdırdıqdan və ya ayrılmış vaxt bitdikdən sonra nəticələri ilə tanış olmaq imkanı əldə ediblər. Nəticələr, həmçinin DİM-in internet saytında yerləşdiriləcək.
İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyası sentyabrın 30-u və oktyabrın 1-də saat 14:00-dan 17:00-dək DİM-in əsas inzibati binasında fəaliyyət göstərəcək.
Xəbər 33 dəfə oxunub.