Yazıçı İntiqam Mehdizadə vəfat etdi

Yazıçı İntiqam Mehdizadə vəfat etdi

Yazıçı, publisist İntiqam Mehdizadə bu gün günorta saatlarında vəfat edib.

Bu barədə APA-ya şair Qorxmaz Şıxalıoğlu məlumat verib.

İntiqam Mehdizadə 1945-ci ildə İsmayıllıda anadan olub. Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirdikdən sonra 3 il "Azərbaycan gəncləri" qəzetində işləyib.

1973-cü ildə Azərbaycan SSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsində redaktor vəzifəsinə təyin olunub. Daha sonra böyük redaktor, şöbə müdiri, baş redaktor vəzifələrinə qədər yüksəlib. "Gənclik və idman" redaksiyasına rəhbərlik edib.

O, beş kitab müəllifidir.

Xəbər 808 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR