Yaşlı qadını öldürüb meyidini yandırdılar -VİDEO

Yaşlı qadını öldürüb meyidini yandırdılar   -VİDEO

İki gün əvvəl Samux rayonunda törədilən dəhşətli qətlin üstü açılıb. Aktual.az kepez.tv-yə istinadən xəbər verir ki, rayonun polis və prokurorluq əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin 3 nəfərdən ibarət dəstə tərəfindən törədildiyi müəyyən edilib.

Samux Rayon Polis Şöbəsindən verilən məlumata görə, cinayəti rayon sakinləri 28 yaşlı Pərviz Həsənov, 27 yaşlı Rəşad Nəsibov və 25 yaşlı Azad Günəşli qabaqcadan əlbir olaraq törədiblər. Polis hər üç şəxsi saxlayıb. Saxlanılan şəxslər ilkin ifadələri zamanı cinayəti tamah məqsədi ilə törədiklərini, evdən xeyli miqdarda qızıl-zinət əşyaları götürdüklərini etiraf ediblər. Qiymətli əşyalar maddi-sübut kimi götürülərək istintaqa təhvil verilib.

Xatırladaq ki, Samux sakini 62 yaşlı Lütviyyə İsmayılovanın yaşadığı mənzildə meyidi tapılıb. Qarətçilər qadını əvvəlcə bıçaqla qətlə yetirib, sonra isə evə od vuraraq hadisə yerini tərk ediblər. Faktla bağlı Samux Rayon Prokurorluğunda cinayət işi başlanılıb.

Xəbər 2001 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR