"YARAT"-da qeyri-adi tamaşa-aksiya: Tamaşaçılar da oynayacaq


İyulun 13-də "YARAT” Müasir İncəsənət Mərkəzində "YUĞ" teatrının yaradıcı heyəti tərəfindən "Şağ” eksperimental tamaşası nümayiş ediləcək.

Aktual.az-ın AzərTAc
-a istinadla verdiyi xəbərə görə, tamaşa yazıçı Sevinc Çılğının qələmə aldığı üç qısa pyes əsasında hazırlanıb. Burada bir-biri ilə əlaqəsi olmayan müxtəlif süjetlər arasında tamaşada iştirak edən aktyorlar tərəfindən bağlılıq yaradılır. 
Səhnə əsəri sərgi janrındadır və daha çox aksiya xarakterlidir. 
Aktyorların tamaşa zamanı oyunu poliqon platformasında təcrübədən keçirdikləri spontan aktyor texnikası əsasında qurulub. Tamaşanın özünə gəldikdə isə o, eyni zamanda, göstərilən bir neçə hadisədən ibarətdir.
Səhnə əsərinin nümayişi zamanı seyrçilərin oturmağı nəzərdə tutulmayıb. Bundan başqa, tamaşa tam formatda interaktivliyə malikdir. Yəni, hər bir tamaşaçıya hadisələrin gedişatına müdaxilə etmək icazəsi verilir. Ona görə də seyrçilərdən tamaşanın gedişatında dəyişiklik etməyə hazır olmaqları xahiş edilir.
 
Aktual.az
Xəbər 416 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR