Qəzaya uğrayan Fransa teyyarəsinin tapılan "qara qutu"larından biri zədələnib

Qəzaya uğrayan Fransa teyyarəsinin tapılan "qara qutu"larından biri zədələnib

Fransanın cənubunda qəzaya uğrayan “Germanwings” aviaşirkətinə məxsus "Airbus A320" təyyarəsinin “qara qutu”larından biri zədələnib. APA-nın xəbərinə görə, bu barədə “France Presse” məlumat yayıb. Fransanın daxili işlər naziri Bernar Kaznev “qara qutu”nun zədələnməsinə baxmayaraq, ondan informasiyaları çıxarmağın mümkün olacağını deyib.

 

Bu gün təyyarənin qəzaya uğradığı ərazidə axtarış işləri davam etdirilib.

 

Xatırladaq ki, Almaniyanın “Bild” qəzeti Barselonadan Düsseldorfa uçarkən qəzaya uğrayan sərnişin təyyarəsinin yarım saat ləngidiyini və avialaynerdə texniki problemlərin aşkarlandığını yazıb. Məlumata görə, təyyarə uçuş üçün hazır hesab edilməyib, bir neçə saat Düsseldorfda dayanacaqda saxlanılıb, problem aradan qaldırlıb və təyyarə uçuş üçün reysə qaytarılıb. “Lufthansa” şirkətinin rəhbəri Karsten Şporun sözlərinə görə, hadisə təyyarədə aparılan təmir işləri ilə əlaqəli deyil. Daha əvvəl də “Lufthansa”nın vitse-prezidenti Hayke Birlenbax aviaqəzanın baş verməsi ilə bağlı yeganə versiyanın bədbəxt hadisə olduğunu deyib. Onun sözlərinə görə, qalan versiyalar spekulyasiyadır.

 

Xatırladaq ki, martın 24-də gündüz saatlarında “Germanwings” şirkətinə məxsus "Airbus A320" təyyarəsi Barselonadan Düsseldorfa uçarkən Fransanın cənub-şərqində qəzaya uğrayıb. Son məlumata əsasən aviaqəzada 150 nəfər ölüb. Sərnişinlər arasında Almaniya, İspaniya, Qazaxıstan, Argentina, ABŞ, Kolumbiya, Meksika, Belçika, Mərakeş, Avstraliya, Danimarka və Yaponiya vətəndaşları olub.  


Xəbər 490 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR