Hazırda hökumətdə kadr dəyişikliyi nəzərdə tutulmur.
Aktual.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Nazirlər Kabinetinin iclasından sonra keçirdiyi brifinqdə deyib.
Bununla yanaşı, Baş nazir digər idarəetmə səviyyələrində yeni təyinatların olacağını açıqlayıb.
O, həmçinin bu gün Ermənistan parlamentinin spikerinin seçiləcəyini bildirib: "Spiker gizli səsvermə yolu ilə seçiləcək”.
Baş nazir mümkün təyinatlar və namizədlərlə bağlı əlavə təfərrüat verməyib.
Xəbər 53 dəfə oxunub.