Ermənistan parlamentinin yeni sədrinin kim olacağı bu gün məlum olacaq.
Aktual.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, bu gün hakim Mülki Müqavilə Partiyasının iclası keçiriləcək və üç namizəd arasından biri gizli səsvermə yolu ilə seçiləcək:
"Namizədləri dinləyəcəyik və qərar verəcəyik. Həm mən, həm də partiyadakı həmkarlarım seçimimizi gizli səsvermə ilə edəcəyik”.
Xəbər 71 dəfə oxunub.