FHN-in Cənub Regional Mərkəzi nəzəri-praktiki tədbir keçirib

FHN-in Cənub Regional Mərkəzi nəzəri-praktiki tədbir keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən "Lənkəran Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsində "Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda nəzəri-praktiki tədbir keçirilib.

Bu barədə Aktual.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Təlimdə FHN-in Cənub Regional Mərkəzinin, Dövlət Yanğın Nəzarəti Xidmətinin Cənub Regional Yanğın Nəzarəti İdarəsinin, Mülki Müdafiə Qoşunlarının və Xüsusi Riskli Xilasetmə Xidmətinin N saylı hərbi hissələrinin, Dövlət Yağından Mühafizə Xidmətinin Lənkəran rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları və müəssisənin şəxsi heyəti iştirak edib.

Əvvəlcə, nəzəri hissə çərçivəsində təbii və texnogen xarakterli fövqəladə hadisələr, o cümlədən yanğınlar zamanı düzgün davranış, ilkin yanğınsöndürmə avadanlıqları və fərdi mühafizə vasitələrindən istifadə qaydaları, eləcə də yanğın təhlükəsizliyinin əsas tələbləri barədə müəssisənin şəxsi heyətinə geniş məlumat verilib.

Tədbir zamanı keçirilən sərgidə yanğınsöndürmə və xilasetmə avadanlıqları haqqında ətraflı məlumat verilib, həmçinin onlardan istifadə qaydaları əyani şəkildə tədbir iştirakçılarına nümayiş olunub.
Xəbər 45 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR