Vaqif Əsədov: "Hər bir hərəkət iştirakçısı yollarda qaydalara əməl etməlidir"

Vaqif Əsədov:

Yollarda hərəkətin təhlükəsizliyinin etibarlı təminatı istiqamətində qabaqcıl metod və texnologiyalardan geniş istifadə olunur. Hər bir hərəkət iştirakçısı diqqətli və məsuliyyətli olmaqla bərabər, başqalarının hüquq və vəzifələrinə münasibətdə həssas olmalıdır. Bu həssaslıq isə təkcə yol polisini yox, bütün ictimaiyyəti maraqlandırır.

Aktual.az xəbər verir ki, bunu Trend-ə Bakı şəhər BPİ Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polkovnik Vaqif Əsədov deyib.
V. Əsədov deyib ki, hər bir insanın ən böyük amalı təhlükəsiz yaşamaqdır: "Ancaq necə yaşamaq - ehtiyatla, yoxsa ehtiyatsızlıqla? Hər bir halda təkcə qanunun tələbi deyil, intellektual təfəkkür də deyir ki, ehtiyatla yaşamayanda, səhlənkərlıq edəndə nəticə ağır olur. Bunu bilə-bilə bəzən o qədər səhlənkarlığa yol verilir ki, sonda bizi qayğılandıran nəticənin həlli üçün kömək axtarırıq. Əgər nəzərə alsaq ki, avtoqəza hadisələrindən sonra bəzən geriyə - istintaq etməyə, sual verməyə insan qalmır ki, onu qınayaq, soruşaq ki, "hara tələsirdin?"..."
Bölmə rəisi qeyd edib ki, təhlil və ümumləşdirmələr göstərir ki, baş verən hər avtoqəza hadisələri o qədər fərdi mahiyyət daşıyır ki, vəziyyəti tamamilə dəyişmək, ümumiyyətlə, insan tələfatı, insan sağlamlığı ilə nəticələnən, yaxud əmlaka dəyən zərəri aradan qaldırmaq olar: "Qanunu bilmək, yaxud bilməmək insanı məsuliyyətdən azad etmir. Çünki insanın törətdiyi təqsirli əmələ görə, hüquqi vəziyyətinə qanun qiymət verir. Başqa sözlə desək, insanın bütün həyatını yalnız ictimai məsuliyyət və şəxsi intizamı təşkil edir. Bu, onu - insanı məsuliyyətli edən, təhlükəsiz edən onun əməlləridir, davranışlarıdır.
Əməl, davranış nədir, necə təyin edilir? Mübahisəli deyil. Sadə məntiq bundan ibarətdir ki, hər bir hərəkət iştirakçısı - piyada, sürücü yollarda qaydalara əməl etməlidir. Düşünək ki, təhlükəsiz yaşamağın ən böyük qaydası, məsuliyyət yaradan həqiqətlərə - qanunlara, qanun keşikçilərinin hüquq və vəzifələrinə həssas yanaşmadır.
Cəmiyyətin üzvü olaraq, hər birimiz özümüzü qorumağa məsul olmalı, hamının bildiyi qaydalara əməl etməklə qalmayıb, bütün cəmiyyətə bu vərdişi aşılamağa təşəbbüskar olmalıyıq. Doğrudan da, təhlükəsiz və sağlam yaşamaq istəyiriksə, hamılıqla qəbul edilən ümumi qaydalara əməl etməliyik".
Xəbər 263 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR