Ukraynada “Starlink” məhdudiyyəti qaldırıldı

Ukraynada “Starlink” məhdudiyyəti qaldırıldı
  • DÜNYA

Bu gündən etibarən Ukraynada "Starshield”in fəaliyyətinə qoyulan məhdudiyyətlərlə bağlı vəziyyət yaxşılaşıb.

Aktual.az xəbər verir ki, bu barədə "RBK Ukrayna” Ukrayna Müdafiə Nazirliyindəki mənbəyə istinadla məlumat yayıb.

"15 oktyabr tarixindən etibarən, "Starlink”in "hərbi paket" versiyası olan "Starshield”in işləməsi bərpa olunub və davam edir. Müdafiə Nazirliyindəki rəsmilər hərbi hissələrdən daxil olan məlumatlar əsasında bunu qeydə alırlar”, - məlumatda bildirilib.

Qeyd edək ki, "Starlink" məhdudiyyətləri səbəbindən Ukrayna ordusu döyüş tapşırıqlarını ləğv etmək məcburiyyətində qalmışdı.
Xəbər 26 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR