Mövsümi xarakterli işlərdə mülki-hüquqi müqavilələr üzrə elektron xidmət alış aktı mexanizminin tətbiqi təklif edilir.
Aktual.az xəbər verir ki, sözügedən məsələ Vergi Məcəlləsinə təklif edilən dəyişiklik layihəsində əksini tapıb.
Qeyd olunur ki, əmək qanunvericiliyinin tələblərinə əsasən, vergi ödəyiciləri tərəfindən fiziki şəxslərin işlərin görülməsi və xidmətlərin göstərilməsinə cəlb olunması iki yolla həyata keçirilir:
- İşəgötürənlə işçi arasında əmək müqaviləsinin (kontrakt) bağlanılması;
- Vergi ödəyicisi tərəfindən mülki-hüquqi müqavilə çərçivəsində fiziki şəxslərin işlərə cəlb edilməsi.
Lakin vergi orqanları tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı tərəflər arasında mövcud olan münasibətlərin əmək və ya mülki-hüquqi müqavilə əsasında rəsmiləşdirilməsi ilə əlaqədar müəyyən praktiki çətinliklər müşahidə olunur.
Xəbər 17 dəfə oxunub.