"Formula" yarışı ilə bağlı güzəşt uzadıldı


"Formula-1" və "Formula-2" yarışları ilə əlaqədar vergi güzəştlərinin müddəti 3 il uzadılır.

Aktual.az xəbər verir ki, sözügedən məsələ Vergi Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb.

Layihədə həmçinin qeyd edilib ki, elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı və satışı üzrə ƏDV azadolmasının müddəti də 3 il uzadılacaq.

Bundan əlavə, xarici dövlətlərin yük avtomobilləri, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələri tərəfindən həyata keçirilən dəmir yolu-avtomobil kombinə edilmiş tranzit daşımaları üzrə yol vergisindən azadolmaların 2 il müddətinə uzadılması təklif edilir.

Xəbər 27 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR