İcbari tibbi sığorta ödənişlərinin 3 faizi idarəetmə xərclərinə yönəldiləcək.
Aktual.az-ın xəbərinə görə, bu, "Tibbi sığorta haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
İdarəetmə xərcləri icbari tibbi sığorta fondu büdcəsinin gəlirlərinin 3 faizinədək məbləğdə müəyyənləşdirilərək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) fəaliyyəti ilə bağlı xərclərin (o cümlədən saxlanma xərclərinin) maliyyələşdirilməsinə yönəldilən hissəsi olacaq.
Xəbər 30 dəfə oxunub.