“Ukrayna NATO-nun üzvü olacaq” – Poroşenko

“Ukrayna NATO-nun üzvü olacaq” – Poroşenko

"Ukrayna yaxın 10 ildə NATO-nun üzvü olacaq”.

Bu barədə Ukrayna prezidenti Pyotr Poroşenko "Hamburger Abendblatt” nəşrinə müsahibəsində bildirib.
Poroşenko əmin edib ki, 2019-cu ilin sonuna qədər alyansın üzvü olmaq üçün ölkəsi fəaliyyət planını alacaq.
O, hesab edir ki, Ukrayna alyansa üzv olacağı təqdirdə NATO həmişəkindən daha effektiv və güclü olacaq.
"Ukrayna alyansa daxil olmaq üçün tələb olunan bütün kriteriyaları daha da tez həll etmək istəyir”, – deyə Poroşenko bildirib.
Bunula belə, o, qeyd edib ki, ölkəsi ÜDM-in 6% müdafiə xarclərinə yönəldir, bu isə NATO-ya üzv olan bir çox ölkələrdən 4 dəfə çoxdur.
Poroşenko eyni zamanda alyansın üzvü olmaq istəyən tərəfdarların sayının da getdikcə artdığını söyləyib. Hazırda onlar ölkə əhalisinin ümumi sayının 59% təşkil edir. 2013-cü ildə isə bu rəqəm 13% idi/Report.
Xəbər 176 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR