Ukrayna ABŞ-dan zenit raketləri alacaq - Zelenski

Ukrayna ABŞ-dan zenit raketləri alacaq - Zelenski

Yaxın günlərdə ABŞ Ukraynaya PAC-3 zenit raketləri tədarük edəcək.
Aktual.az  xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski jurnalistlərin sualını cavablandırarkən deyib.
"Yaxın günlərdə biz ABŞ-dən bir partiya alacağıq, eyni zamanda mənim avropalılarla ayrıca razılaşmalarım olub (Ankarada keçirilən NATO sammiti çərçivəsində - red.). Orada hələlik konkret müddətlər yoxdur, lakin əlavə PAC-3-lər olacaq", – Ukrayna lideri bildirib.
Xəbər 220 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR