Türkiyə XİN-dən ABŞ-a İTTİHAM: Suriyadakı terrorçuları açıq şəkildə dəstəkləyir

Türkiyə XİN-dən ABŞ-a İTTİHAM: Suriyadakı terrorçuları açıq şəkildə dəstəkləyir

ABŞ PKK terror təşkilatının Suriya qanadı olan PYD və YPG döyüşçülərinin fəaliyyətini açıq şəkildə dəstəkləyir.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib.
Nazir qeyd edib ki, ABŞ Suriyada Türkiyə ilə birgə terrorizmlə mübarizə aparmaq əvəzinə, terrorçularla əməkdaşlığı üstün tutur:
"Terrorizmlə mübarizə apardığını təsdiq edən bir dövlət (ABŞ - red.) terrorçulara dəstək verməməlidir".
M.Çavuşoğlu bildirib ki, Türkiyə Suriyada terrorçularla mübarizə aparan yeganə ölkədir.
Xatırladaq ki, bundan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da ABŞ-ı Suriyada PYD və YPG döyüşçülərinə hərbi dəstək verməkdə ittiham edirdi.

Aktual.az
Xəbər 462 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR