Türkiyə S-400 sistemlərini almaqdan imtina etməyəcək

Türkiyə S-400 sistemlərini almaqdan imtina etməyəcək

Türkiyə Rusiyadan S-400 sistemlərini almaqdan imtina etməyəcək.


Aktual.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın "Bloomberg" telekanalına müsahibəsi zamanı ABŞ-ın Türkiyəyə qarşı Ankaranın Rusiyadan S-400 sistemlərini almaq məsələsi ilə bağlı sanksiyalar tətbiq etməsi imkanını şərh edərkən bildirib.

İ.Kalın bildirib: "Türkiyə suveren ölkə kimi belə məsələlər üzrə müstəqil qərarlar qəbul etmək hüququ var. Türkiyə haradan və hansı müdafiə sistemləri və texnologiyaları alacağına özü qərar verir".

Onun sözlərinə görə, Vaşinqton Türkiyəyə qarşı sanksiyalar tətbiq edərsə buna müvafiq cavab veriləcək. İ.Kalın qeyd edib ki, ABŞ-ın belə bir addımı yalnız ikitərəfli münasibətlərə ziyan vuracaq və Türkiyə öz mövqeyindən geri dönməyəcək.

 
Aktual.az 
Xəbər 302 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR