Türkiyə Fars körfəzində hərbi baza yaradır

Türkiyə Fars körfəzində hərbi baza yaradır
  • DÜNYA

Bazada 3 min hərbçi qalacaq

Türkiyə Fars körfəzi ölkələrindən olan Qətərdə hərbi baza yaradacaq.
Aktual.az Lent.az-a istinadən xəbər verir ki, Türkiyənin Qətərdəki səfiri Əhməd Demirok bildirib ki, müxtəlif təyinatlı bazada ümumilikdə 3 min hərbçi qalacaq. Burada hərbi dəniz və hava qüvvələri ilə bağlı xüsusi təyinatlı birliklər də xidmət keçəcək.

Bildirilir ki, iki ölkə arasında yüksək səviyyəli hərbi əməkdaşlıq 2014-cü ildə imzalanan sənədlə daha da möhkəmlənib və bu hərbi bazada 1 il əvvəl əldə edilmiş razılaşmanın əsasında formalaşdırılır

Qeyd edək ki, hazırda Qətərdə Türkiyənin 100 hərbçisi var. Onlar qətərli həmkarlarına təlim keçirlər.

Xəbər 348 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR