Məhkəmə “Su İdman Sarayı”nı cərimələdi

Məhkəmə “Su İdman Sarayı”nı cərimələdi

"Su İdman Sarayı” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) cərimə olunub. 

Aktual.az Yurdmedia-ya istinadla bildirir ki, Maliyyə Nazirliyinin apardığı yoxlama zamanı "Su İdman Sarayı” MMC tərəfindən 2024-cü il üzrə maliyyə hesabatlarının 2025-ci ildə auditinin aparılmadığı məlum olub. 

"Su İdman Sarayı” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə protokol tərtib edilib. 

Səbail Rayon Məhkəməsinin qərarı ilə "Su İdman Sarayı” MMC 1500 manat məbləğində cərimə edilib.
Xəbər 17 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR