Türkiyə-ABŞ danışıqlarının tarixi açıqlandı

Türkiyə-ABŞ danışıqlarının tarixi açıqlandı

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ABŞ-ın dövlət katibi Maykl Pompeo bu il iyunun 4-də Vaşinqtonda görüşəcək.

"Report” xəbər verir ki, bu məlumatı "Haberler" saytı yayıb.
İki ölkənin xarici siyasət idarələrinin rəhbərləri Suriya və Orta Şərqdəki vəziyyəti, ikitərəfli əlaqələri, terrorçu PKK və FETÖ qruplaşmalarına qarşı mübarizə məsələlərini müzakirə edəcəklər.
Qeyd edək ki, Mövlud Çavuşoğlu ilə ABŞ-ın keçmiş dövlət katibi Reks Tillerson arasında bu ilin martın 19-da Vaşinqtonda görüşün keçirilməsi nəzərdə tutulmuşdu. Ancaq dövlət katibi istefa verdiyindən bu görüş təxirə salınmışdı.
 
Aktual.az
Xəbər 405 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR