Tramp İranla danışıqlara hazırdır, amma bir şərtlə

Tramp İranla danışıqlara hazırdır, amma bir şərtlə

ABŞ Prezidenti Donald Tramp İranın atəşkəsə razı olacağı təqdirdə Tehranla sülh danışıqlarına başlamağa hazırdır.

Aktual.az xəbər verir ki, bu barədə "The New York Post" amerikalı rəsmiyə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, istənilən danışıqların əsasında atəşkəs dayanmalıdır və bu proses İran tərəfindən başlamalıdır.

Nəşr yazır ki, İran Prezidenti Məsud Pezeşkian və xarici işlər naziri Abbas Araqçi münaqişənin diplomatik yolla həllinə açıqdır. Lakin mənbə iddia edir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) rəhbərliyin nəzarətindən çıxaraq hücumlarını davam etdirir.

Amerikalı rəsmi bildirib ki, İran rəhbərliyi ölkə daxilində vəziyyəti nəzarətə götürməlidir.

"Prezident Tramp mümkün qədər tez razılaşma əldə etmək istəyir. Amma iranlılar ABŞ gəmilərinə, hərbi bazalarına və Fars körfəzindəki müttəfiqlərinə hücumları davam etdirsələr, bunun bədəlini ödəyəcəklər", – deyə o vurğulayıb.

Məlumata görə, ABŞ və İran iyulun əvvəlində qarşılıqlı hücumları yenidən başlayıb.

"Axios" nəşri yazıb ki, iyulun 24-də Donald Tramp hücumların dayandırılması barədə göstəriş verib. Bundan sonra İran Silahlı Qüvvələri də regiondakı ABŞ hərbi hədəflərinə zərbələrin dayandırıldığını açıqlayıb.

Lakin iyulun 30-na keçən gecə İranın İordaniyadakı ABŞ hərbi bazasına raket zərbəsi endirməsindən sonra ABŞ ordusu hücumları yenidən bərpa edib.

İyulun 27-də İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Baqayi Tehran və Vaşinqton arasında vasitəçilər vasitəsilə danışıqların davam etdiyini bildirmişdi. Bir gün sonra isə İran XİN ABŞ-ın danışıqlar təklifini Vaşinqtonun irəli sürdüyü "həddindən artıq tələblər" səbəbindən rədd etdiyini açıqlamışdı.
Xəbər 37 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR