Tramp: ABŞ-İran danışıqlarının nəticəsi 48 saata bəlli olacaq

Tramp: ABŞ-İran danışıqlarının nəticəsi 48 saata bəlli olacaq
  • DÜNYA

ABŞ Prezidenti Donald Tramp Vaşinqton və Tehran arasında aparılan danışıqların nəticəsinin yaxın 48 saat ərzində məlum olacağını bildirib.

Aktual.az xəbər verir ki, Tramp jurnalistlərə açıqlamasında ABŞ-la İran arasında danışıqların taleyinə qısa müddətdə aydınlıq gələcəyini deyib.

"Biz bunu 48 saat ərzində biləcəyik", – deyə ABŞ prezidenti vurğulayıb.

Tramp qeyd edib ki, əgər İran yenidən əvvəlki mövqeyindən geri çəkilərsə, bunun ciddi nəticələri olacaq.

"Onlar buna görə ağır bədəl ödəyəcəklər. Bunu bilirlər və başa düşürlər", – deyə o əlavə edib.

ABŞ prezidenti həmçinin Hörmüz boğazındakı vəziyyətə də toxunub. Onun sözlərinə görə, boğaz artıq qismən açıqdır və ABŞ bu strateji su yoluna tam nəzarət edir.
Xəbər 77 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR