Tovuz stansiyasında enerji sistemi yeniləndi - ADY

Tovuz stansiyasında enerji sistemi yeniləndi - ADY

Azərbaycan Dəmir Yolları QSC (ADY) Bakı-Böyük Kəsik dəmir yolu xəttinin Tovuz stansiyası və Soyuqbulaq-Salahlı sahəsində enerji sistemini yeniləyib.
Bu barədə Aktual.az -a ADY-dən məlumat verilib.
Bildirilib ki, Ağstafa stansiyasında isə işlər tamamlanma mərhələsindədir.
Qeyd edilib ki, yenilənmiş kontakt şəbəkə sayəsində enerjidən səmərəli istifadə, hərəkət təhlükəsizliyi və sürətinin yüksəldilməsi, sərnişin və yük həcminin artırılması təmin ediləcək.


Xəbər 69 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR