TƏBİB-dən xalq artistinin vəziyyəti ilə bağlı açıqlama

TƏBİB-dən xalq artistinin vəziyyəti ilə bağlı açıqlama

Xalq artisti Ənvər Həsənovun müalicəsinə TƏBİB-in tabeliyində olan Xəzər Tibb Mərkəzində davam edilir.

Bu barədə Aktual.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. 

Belə ki, 30.08.2022-ci il tarixində "Yeni Klinika” tibb müəssisəsində döş qəfəsinin kompüter tomoqrafiyası edilən Ə.Həsənovun bir neçə gün əvvəl ev şəraitində koronavirusa yoluxduğu məlum olub. COVID-19-la bağlı verilən testin nəticəsi də bu gün - 31.08.2022-ci ildə pozitiv çıxıb.

Eyni zamanda, 31.08.2022-ci ildə xalq artistinin ağciyərinin yoxlanılması məqsədilə TƏBİB-in tabeliyində olan Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutundan həkim-pulmonoloq dəvət edilib. Müayinə zamanı xalq artistinin ağciyərində hər hansı ağırlaşmanın olmadığı və iltihabın aparılan müalicə prosesinə uyğun olaraq sovrulduğu müşahidə edilib.

Hazırda Ə.Həsənovun vəziyyəti stabildir və ona bütün zəruri tibbi xidmətlər göstərilir.

Qeyd edək ki, xalq artisti öz razılığı ilə Xəzər Tibb Mərkəzində müalicəsinin davam edilməsini istəyir.
Xəbər 3109 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR